Vətəndaşların əsasən məişət texnikası və ev əşyalarının satışı ilə məşğul olan şirkətlərin müxtəlif şirkətlər tərəfindən aldadılması barədə mətbuatda yazılar tez-tez dərc olunur.
Növbəti müştəri şikayəti də elə “Baku Electronics” dən gəlib. TİA.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Alqış Bayramlı adlı istifadəçisi yazıb. Şikayətçinin statusunu olduğu kimi təqdim edirik:
“Hər vaxtınız xeyir. “Baku Electronics”dən 9 ay əvvəl paltaryuyan maşın almışam (1illik zəmanətlə).Videoda görünən problemi çıxıb. 3 dəfə evdə gəlib baxıblar,1 dəfə də servisə aparıblar. Amma nə düzəltmirlər ,nə də yenisi ilə dəyişmirlər. Maşını hazırda istifadə edə bilmirəm. Sizcə mən neyniyim??”
Qeyd edək ki, “Baku Electronics” alıcıların istehlakçı hüquqlarını pozan şirkətlər arasında ən çox adı hallanan mağazalardan biridir.
TİA.AZ