ZƏLZƏLƏNİN TƏSİRLƏRİ İLLƏRLƏ DAVAM EDƏCƏK…backend

ZƏLZƏLƏNİN TƏSİRLƏRİ İLLƏRLƏ DAVAM EDƏCƏK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələ təsirləri illərlə davam edəcək bir fəlakətdir. Ciddi beynəlxalq yardımlara ehtiyac var.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə danışan politoloq Şahin Cəfərli bildirib ki, bu dəfə dağıntıların miqyası həddən artıq böyükdür. Onun sözlərinə görə, bu problemin altından tək çıxmaq mümkün deyil:

“Təsirləri illərlə davam edəcək bir fəlakətdir. Ciddi beynəlxalq yardımlara ehtiyac var. Təkcə humanitar məqsədlər üçün deyil, həm bərpa işləri, həm də ümumilikdə ölkədə köklü iqtisadi- institusional islahatlar üçün böyük həcmdə uzunmüddətli maliyyələşmə tələb olunur”.