Zəlzələdən sonra kimsəsiz qalan uşaqların sayı açıqlandıbackend

Zəlzələdən sonra kimsəsiz qalan uşaqların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ard-arda baş vermiş zəlzələlərdən sonra dağıntılar altından 1874 kimsəsiz uşaq çıxarılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

 

Rəsmi məlumata görə, tapılan 1353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.

Bildirilib ki, xəsarət alan 422 uşaq müalicə müəssisələrində müalicə alır.

Uşaqlardan 1 768-nin şəxsiyyəti bilinsə də, onlardan 106-nın şəxsiyyəti müəyyən edilməyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələlərdə 43556 nəfər həlak olub.