Zəlzələləri dayandırmaq mümkün olmasa da, zərərlərini azaltmaq mümkündür.
Tribunainfo.az Pravda.az-a istinadən zəlzələdən qorunmaq üçün bir neçə vacib məqamı təqdim edir:
Zəlzələ öncəsi:
Binanın zəlzələyə dayanıqlığını yoxlayın, zəruri hallarda möhkəmləndirin. Yeni mənzil alarkən sağlam zəmin və düzgün tikilmiş bina seçin. Evinizi sığorta etdirib maliyyə təhlükəsizliyini təmin edin.
Evdə ağır mebelləri divara bərkidin, həyat üçbucağı prinsipinə uyğun yerləri təyin edin, qaz klapanlarını təhlükəsiz edin.
Zəlzələ çantası hazırlayın: ilk yardım, su, qida, fənər, sənədlər, pul və əczaçılıq vasitələri.
Zəlzələ zamanı:
Sakit qalın, “Otur, başını qoru, möhkəm yapış” prinsipinə əməl edin.
Qırılacaq əşyalardan və pilləkən, lift kimi təhlükəli yerlərdən uzaq durun.
Zəlzələ sonrası:
Elektrik, qaz və su kranlarını bağlayın, təhlükəsiz sahələrə keçin.