Zəlzələdə 70 nəfərin öldüyü binanın podratçısından şok etiraf: “Binanı tikdiyim yer…”backend

Zəlzələdə 70 nəfərin öldüyü binanın podratçısından şok etiraf: “Binanı tikdiyim yer…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə baş verən zəlzələlərdə dağılan binalardan biri olan “Alpargün Apartmanı” ilə bağlı istintaq çərçivəsində podratçı Həsən Alpargün barəsində həbs qərarı çıxarılıb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Alpargün açıqlamasında diqqət çəkən etiraflar edib.

Həbsdə olan podratçı torpaq sahibinə 70 nəfərin həyatını itirdiyi həmin binandan danışaraq onu tikməyin çətin olduğunu deyib: “Binanı tikdiyim yerin dərə yatağı olduğu aydın idi, amma su yox idi. Rayonlaşdırmadan icazəsi də var idi.
Əvvəlcə sahibinə dedim ki, burada bina tikmək çətindir, istinad divarı çəkmək lazımdır, burada işləmək çətindir, amma təkid etdilər, dostum olduğu üçün qəbul etdim. Torpağın ölçüsünü, sıxlıq hesabından sonra tikiləcək mənzillərin və mərtəbələrin sayını təyin edərək binanı tamamladıq”.