Zəlzələ XƏBƏRDARLIĞI: Evlərinizə girməyin!backend

Zəlzələ XƏBƏRDARLIĞI: Evlərinizə girməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimiCənub-Şərqi Anadolu bölgəsində dəhşətli zəlzələ baş verib.

 Tribunainfo.az Hürriyet-ə istinadən bildirir ki, zəlzələnin Malatyanın Kale rayonunda baş verdiyi və 5,9 bal gücündə olduğu müəyyən edilib.

Mütəxəssislər bölgədə baş verən zəlzələni qiymətləndirərək vətəndaşlara xəbərdarlıq edib. Prof. Dr. Şükrü Ersoy açıqlamasında, “Artan sarsıntılar 5-ə çata bilər. Bu bitdi deməyək və evlərə girməyək. Bir müddət çöldə olmaqda fayda var”, – deyib.

Zəlzələ üzrə Ekspert Prof. Dr. Okan Tüysüz zəlzələ ilə bağlı etdiyi şərhdə, “Türkiyənin günahı, xüsusilə Şərqi Anadoluda Yedisu seqmenti dediyimiz Bingöl ətrafında 7-dən yuxarı zəlzələlər meydana gətirmə potensialına malikdir. Bu, riskli bir bölgədir, haqqında uzun illər danışılıv”.

Prof. Dr. Naci Görür, “Bu gün baş verən zəlzələ, yəqin ki, 6 fevral 2023-cü il zəlzələlərinin enerjinin bu faya ötürülməsinin nəticəsidir. Heç bir narahatlıq yoxdur” deyib.

 

Dəniz Pənahova