ZƏLZƏLƏ BÖLGƏSİNƏ İKİNCİ ƏL GEYİM GÖNDƏRMƏYİN… – SƏBƏBbackend

ZƏLZƏLƏ BÖLGƏSİNƏ İKİNCİ ƏL GEYİM GÖNDƏRMƏYİN… – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəmizə yardım edən qiymətli dostlar, lütfən, ikinci əl geyim, adyal göndərməyin.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan və dərs deyən professor Toğrul İsmayıl paylaşıb. O bildirib ki, Türkiyədə ikinci əl geyim əşyaları, adyal, yorğan istifadə edilmir.

Məlumata görə, buna səbəb gigiyenik qaydaların gözlənilməsidir. Xüsusilə pandemiyadan sonra ikinci əl əşyalardan istifadə tamamilə dayandırılıb. Dəri-zöhrəvi kimi xəstəliklər səbəbindən heç kəs bu cür əşyalardan istifadə etmir.