ZƏLZƏLƏ BAŞ VERƏRSƏ NECƏ DAVRANMALIYIQ?

ZƏLZƏLƏ BAŞ VERƏRSƏ NECƏ DAVRANMALIYIQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ – qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsidir. Xəzər dənizində bu cür təkanlar gün ərzində hətta bir neçə dəfə baş versə də, bu hiss edilmir. Çox nadir hallarda Bakıda və ətrafında hiss edilən təkanlar olur. Dağıdıcı gücü, insan təlafatı olmasa da, təkanlar insanlar arasında oanika yaradır, həyacana səbəb olur. Bu səbəbdən zəlzələ, təkanlar zamanı bəzi qaydaları bilmək lazımdır.

Tribunainfo.az yazır ki, ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu təxmin etməlisiz. Evdən çıxarkən ehtiyat çantası və mobil telefon götürülməlidir. Qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürmək lazımdır.

Binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanılmalıdır. Əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın. Liftdən istifadə etməyin.
Təşvişə düşüb yüksək mərtəbədən tullanmayın, evdə təyin etdiyiniz təhlükəsiz yerə keçin. Dəmir ayaqlı masa varsa, onun altına girin.
Diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun. Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.