Zelinski Trampı danlayıb: “20 min xüsusi raketi vermədi”

Zelinski Trampı danlayıb: “20 min xüsusi raketi vermədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelinski ABC News telekanalına verdiyi müsahibəsində ABŞ prezidenti Donald Trampla danışıqlardan və PUA-ları vurmaq üçün lazım olan raketlərdən danışıb.

Tribunainfo.az xəbər verir ki, o, ABŞ prezidentini qınamaqla yanaşı, həm də danlayıb.

Zelinski deyib ki, Ukrayna ordusu “Şahed” PUA-ları ilə mübarizədə ABŞ-dan yardım istəyib. “Bu razılaşma Bayden hakimiyyəti dövründə əldə olunub. Həmin razılaşmaya əsasən “Şahde” PUA-larını sıradan çıxarmaq üçün Vaşinqton bizə 20 min ədəd xüsusi raket verməli idi. Düzdür, həmin raketlər o qədər bahalı deyildi. Amma ABŞ müdafiə naziri ötən günlərdə mənə bildirdi ki, Trampın göstərişinə əsasən həmin silahları və avadanlıqları Yaxın Şərqə köçürürlər”.

Fərda Uğur