Ukrayna prezidenti Vladimir Zelenski həmkarı Vladimir Putinə Rusiyanın G8-ə qaytarılmasının həlli yolunu təklif edib.
Bu barədə RİA “Novosti” xəbər verir.
Ukraynanın dövlət başçısı qeyd edib ki, Rusiya Krım yarımadasını geri qaytardığı və Donbasdakı münaqişəni dayandırdığı təqdirdə, G8-ə qayıda bilər.
Bundan başqa, Zelenski Rusiyaya saxlanılan ukraynalı dənizçiləri azad etməyi təklif edib.
Ukrayna liderinin fikrincə, bu addım Rusiyanın “ali diplomatiyanın gündəliyində yenidən öz yerini tutmağa hazır olduğunu” dünyaya göstərəcək.