Zelenskinin təyyarəsi Ankarada eniş etdi- VİDEO

Zelenskinin təyyarəsi Ankarada eniş etdi- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna mətbuatının məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi cümə axşamı günorta saatlarında Ankaraya yaxın ərazidə yerləşən Esenboğa Beynəlxalq Hava Limanına eniş edib.

Tribunainfo.az xəbər verir ki, Zelenskinin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də heç bir ilkin şərt olmadan 2022-ci ildə dayandırılmış Rusiya–Ukrayna birbaşa danışıqlarının mayın 15-də İstanbulda bərpasını təklif etmişdi. Vladimir Zelenski bu danışıqlarda şəxsən iştirak etməyə hazır olduğunu bildirmiş, ABŞ-ın sabiq prezidenti Donald Tramp isə ehtiyac yaranacağı halda İstanbula gəlməsinin mümkün olduğunu istisna etməmişdi.

Mayın 14-də məlum olub ki, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyət artıq İstanbula çatıb. Danışıqlar günün ikinci yarısına təxirə salınıb.

İmran Kərimli