Krımın işğalçı hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin ailəsinin Livadiya qəsəbəsini hərracda 44,3 milyon rubla (təqribən 476 min ABŞ dollar) satıb.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, ümumi sahəsi 119,5 kvadratmetr olan mənzil ötən həftə satışa çıxarılıb. Mənzilin ilkin dəyəri 24,6 milyon rubl təşkil edib.
“Krım Respublikası, Yalta şəhəri, Livadiya şəhər tipli qəsəbəsi, Baturina küçəsi, bina 44 A da yerləşən 501-ci mənzil hərracda 44 milyon 356 min rubla satıldı. Hərracda iki iştirakçı var idi”, – deyə Rusiya mətbutaının hərracla bağlı məlumatında deyilir.