Zelenskinin Əliyevə təşəkkürü sübut etdi ki… – Analitik

Zelenskinin Əliyevə təşəkkürü sübut etdi ki… – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ümid edirdi ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaq. Ancaq Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, Qərbin Azərbaycanla əməkdaşlığa hələ də ehtiyacı var.

Tribunainfo.az yazır ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Qərbdə qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar:

“Azərbaycan prezidenti İlham Əliyev üçün də Münhen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münhendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki, Ermənistanın ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaq. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münhen Təhlükəsizlik Konfransı da göstərdi.
Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Ukrayna prezidenti Volodimir Zelenski Münhendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycanın dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa İttifaqı Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər”.

Nigar