ZELENSKİNİN DOĞULDUĞU ŞƏHƏR ATƏŞƏ TUTULUB, QURBANLAR VAR

ZELENSKİNİN DOĞULDUĞU ŞƏHƏR ATƏŞƏ TUTULUB, QURBANLAR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya raketləri Krivoy Roqda iki binaya düşüb, nəticədə bir nəfər ölüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko məlumat verib.

Onun sözlərinə görə, raketlərdən biri hündürmərtəbəli binanın 4-9-cu mərtəbələrini dağıdıb, bir qurban və on nəfərin yaralandığı məlumdur.

Daha bir raket təhsil ocağının dördmərtəbəli binasına düşüb. Qurum rəsmisi qeyd edib ki, iki binanın dağıntıları altında insanlar ola bilər, xilasetmə işləri davam edir.

Qeyd edək ki, Rusiya mətbuatı Donetskin Kuybışevski rayonunda atəşə tutulması nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını yazır.

Öz növbəsində Xarkov meri İqor Terexov bildirib ki, şəhərdə iki partlayış səsi eşidilib. Onun sözlərinə görə, ilkin məlumatlara görə, raketlər qeyri-yaşayış sahələrinə düşüb, bundan sonra yanğın başlayıb. Ölən və yaralanan yoxdur.

Onu da əlavə edək ki, ötən gecə bütün Ukraynada hava həyəcanı elan edilib, raket təhlükəsi barədə xəbərdarlıq edilib.

Yerli hakimiyyət vətəndaşları sığınacaqlara getməyə çağırıb.