ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ötən gün Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə geniş və müsbət müzakirələr apardığını bildirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə o, “X” şəbəkəsində yazıb.
Belə ki, Trampın xüsusi nümayəndəsi sosial şəbəkədəki paylaşımında Prezident Zelenskini cəsur lider adlandırıb.
“Ukraynanın ali rəhbərliyi ilə uzun və gərgin gün. Müharibə şəraitində olan xalqın mübariz və cəsur lideri Zelenski və onun istedadlı milli təhlükəsizlik komandası ilə geniş və müsbət müzakirələr”, – mesajda deyilir.