Zelenskidən Baxmutla bağlı mühüm AÇIQLAMAbackend

Zelenskidən Baxmutla bağlı mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski qarşıdurmaların davam etdiyi Baxmut şəhəri ilə bağlı açıqlama verib.

 

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski Donetsk və Luqansk vilayətləri arasında yerləşən və strateji nöqtə sayılan Bəhmut şəhəri ilə bağlı açıqlama verib. 

Şiddətli toqquşmaların davam etdiyi şəhəri müdafiə etməyə davam edəcəklərini bildirən Zelenski “Bu gün Baş Qərargahın iclasında birbaşa olaraq həm Xortitsiyanın komandiri general Sırskidən, həm də Ali Baş Komandan Zalujnıdan fikirlərini soruşdum. Hər iki general “geri çəkilməyəcəyik” deyib. Ukraynanın tərk edildiyi deyilə biləcək heç bir hissəsi yoxdur. Elə bir Ukrayna səngəri yoxdur ki, orada döyüşçülərimizin dözümlülüyü və qəhrəmanlığı diqqətdən kənarda qalsın. Biz işğalçını hər yerdə məhv edirik. Baxmut Donbas müharibəsi zamanı ən böyük nəticələrdən birini verir. Biz Ukraynanın bütün tərəflərini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Zamanı gələndə ölkəmizin hər bir şəhərini, kəndini azad edəcəyik”, deyə açıqlamasında bildirib.