Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Rusiya arasında münaqişənin sülh yolu ilə həlli üzrə gələcək danışıqların mümkünlüyünü müzakirə etmək üçün Ukrayna və ABŞ heyətlərinin görüşünü elan edib.
Bu barədə Tribunainfo.az Ukrayna KİV-nə istinadən xəbər verir.
V.Zelenski, həmçinin bildirib ki, bu gün Rusiya tərəfi ilə gələcək görüşü müzakirə etmək üçün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq ilə görüşəcək.
“Həftənin sonunda Ukrayna və ABŞ heyətlərinin görüşü olacaq. Bu gün Rusiya tərəfi ilə mümkün görüşə hazırlığın inkişafı mövzusunun davamı olaraq Kelloq ilə görüş olacaq”, – o bildirib.