Zelenski: Ukrayna silah ixrac edəcək

Zelenski: Ukrayna silah ixrac edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev artıq Ukrayna silahlarının ixracı ilə bağlı tərəfdaşlarına ilk təkliflərini verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Həm də tərəfdaşlara Ukrayna silahlarının – müasir silahların ixracı ilə bağlı ilkin təkliflər var, bu, silahlarımızın, xüsusən də dəniz dronlarının ixracı olacaq”, – o bildirib.

Zelenski qeyd edib ki, dəniz marşrutlarının təhlükəsizliyi ümumi təhlükəsizliyin tərkib hissəsidir və bu, bir çox dövlətlərdən asılıdır.