Müharibə Ukraynaya 320 milyard dollara başa gəlib, bunun 120 milyardını ukraynalılar, 200 milyardını isə ABŞ və Aİ ödəyib.
Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə mətbuat konfransı zamanı deyib.
.Zelenski Ukraynanın müharibə zamanı hərbi xərclərinin 320 milyard dollar olduğunu, bunun 120 milyardını Ukrayna xalqının, 200 milyardını isə ABŞ və Aİ-nin ödədiyini bildirib: “Biz bu rəqəmləri dəqiqləşdirməliyik. Təəssüf ki, onlar reallıqla üst-üstə düşmür. Müharibə bizə 320 milyard dollara başa gəldi – 120 milyard dollar Ukrayna vergi ödəyiciləri tərəfindən ödənildi, 200 milyard dollar isə ABŞ və Aİ tərəfindən, əsasən də hərbi yardım olaraq verilib”.
O qeyd edib ki, ABŞ-ın faktiki dəstəyi 67 milyard dollar hərbi yardım və 31,5 milyard dollar birbaşa büdcə yardımı təşkil edir.