Ukrayna prezidenti Volodimir Zelenski, Rusiyanın ultimatumlarına tabe olmayacağını və Ukraynanın bu tələblərə cavab verməyəcəyini bəyan edib.
Tribunainfo.az-ın məlumatına görə o bildirib ki, hazırda ABŞ və Rusiya nümayəndələri arasında aparılan danışıqlara dair təəssürat yaranır. Zelenski Ukraynanın bu prosesin mərkəzində yer almadığını və heç vaxt belə ultimatumlara boyun əyməyəcəyini vurğulayıb. “Biz Kiyev bölgəsi işğal edildiyi zaman, Belarusda və ya Türkiyədə ruslarla heç bir razılaşma əldə etmədik. Mən Ukraynanın prezidenti olaraq, heç kimə heç nə zəmanət vermədim və heç kimə heç nə təsdiqləmədim”, — deyə o əlavə edib.
Zelenski həmçinin, “Rusiyanın ultimatumlarına getmək niyyətim yoxdur və heç vaxt olmayacaq”, – deyə qeyd edib.