Zelenski Rusiyanın ultimatimuna cavab verdi

Zelenski Rusiyanın ultimatimuna cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ordusu Ukrayna ərazilərindən çıxarılmayacaq.

Tribunainfo.az xəbər verir ki, onun sözlərinə görə, bu, həm onun, həm də hərbçilərin konstitusiya borcudur – ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq.

“Bəli, hazırda Rusiya təcavüzü nəticəsində işğal olunmuş ərazilər var. Amma heç kim öz torpaqlarını, ərazilərini, vətəndaşlarını təslim etməyəcək”, – deyə prezident brifinq zamanı bildirib.

Zelenski əlavə edib ki, bu məsələ dəfələrlə ABŞ-ın sabiq prezidenti Donald Tramp və onun komandası ilə müzakirə olunub.

Ukrayna lideri qeyd edib: “Əgər Rusiya ordumuzun öz torpaqlarımızdan çıxmasını tələb edirsə, bu o deməkdir ki, onlar atəşkəs istəmirlər. Çünki yaxşı bilirlər ki, Ukrayna buna getməyəcək.”

İmran Kərimli