Zelenski: “Rusiyanın etdikləri insanlıq cinayətidir”backend

Zelenski: “Rusiyanın etdikləri insanlıq cinayətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zelenski müharibənin gedişatı ilə bağlı son məlumatları paylaşıb.

Tribunainfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski BMT Təhlükəsizlik Şurasında videokonfrans vasitəsilə etdiyi çıxışında Rusiyaya qarşı sərt reaksiya gözlədiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı çıxışında Rusiyanın bir gündə 70-ə yaxın raket hücumu həyata keçirdiyini və Zaporojyadakı hücumlar nəticəsində 2 günlük körpənin öldüyünü bildirib.
“Daha bir raket hücumu Zaporojye bölgəsində, xəstəxanada və doğum otağının yerləşdiyi binalarda həyata keçirildi. Bu raketlər Rusiyanın terror formulunun əsas məqamlarından biridir. Cəmi bir gündə 70-ə yaxın raket bizim enerji infrastrukturumuzu hədəfə aldı”.
Zelenski, həmçinin, milyonlarla insanın işıqsız qaldığını bildirib:
“Rusiya raketlərinin enerji obyektlərini vurması nəticəsində milyonlarla insanın işıq, istilik və sudan məhrum olması faktı açıq insanlıq cinayətidir. Sizi insanlığı və həyatı qorumaq üçün konkret addımlar atmağa çağırıram”.