Zelenski Rusiya telekanallarına qarşı sanksiyaları uzatdı

Zelenski Rusiya telekanallarına qarşı sanksiyaları uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Prezident Vladimir Zelenski Rusiya telekanallarına qarşı sanksiyaların tətbiqini əlavə olaraq üç il müddətinə uzadıb.

TİA.AZ “REN TV”yə istinadən bildirir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarının qüvvəyə minməsi haqqında müvafiq fərman Prezident Ofisinin saytında dərc edilib.

Fərmanda sanksiyaların təsiri altına, xüsusilə “NTV” və “Birinci” telekanalları, həmçinin onların kabel şəbəkələri düşüb.

Daha əvvəl Ukrayna Prezidenti Rusiyanın sosial şəbəkələri və internet portallarına qarşı qadağaların uzadılması barədə fərman imzalamışdı.