Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya təxminən 190 raket və 140 “Şahid” atıb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya təxminən 190 raket və 140 “Şahid” atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftə Rusiya Silahlı Qüvvələri Ukraynaya kütləvi kombinasiya edilmiş hücumlar həyata keçirmək üçün mindən çox raket, bomba və kamikadze dronlardan istifadə edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Bu həftə ərzində, bazar ertəsindən bu günədək rusiyalı terrorçular 190-a yaxın müxtəlif tipli raketdən və 140-a yaxın “Şahid”dən istifadə ediblər”, – dövlət başçısı bildirib.

O qeyd edib ki, işğalçı qüvvələrin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra “bir həftə belə olmayıb ki, Rusiya terrordan çəkinsin”.