“Kiyevin qələbə planı Rusiya ilə sülh danışıqlarının başlanmasını sürətləndirmək yox, Ukrayna Silahlı Qüvvələrini gücləndirmək məqsədi daşıyır”.
Tribunainfo.az xəbər verir ki, bunu “ABC News”a müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Kiyevin qələbə planı hərbi əməliyyatları dayandırmaq baxımından diplomatik çıxış yolu üçün körpüdür:
“Söhbət Rusiya ilə danışıqlardan getmir. Kiyev yalnız güclü mövqeyə malik olmaqla, Moskvanı hərbi əməliyyatları dayandırmağa sövq edə biləcək. Plan münaqişəni bir neçə il uzatmağa deyil, mümkün qədər tez başa çatmağa yönəlib. Plan 5 bənddən ibarətdir. Bura Ukraynaya hərbi yardımın həcmi ilə bağlı bəndlər, həmçinin müəyyən diplomatik və siyasi addımlar daxildir. Planda Rusiyaya heç bir güzəşt yoxdur”.
Qeyd edək ki, Zelenskinin planı bu həftə ABŞ prezidenti Co Baydenə təqdim edəcəyi gözlənilir.