Uzun müddətdən sonra ilk dəfə Ukrayna və Rusiya nümayəndələri arasında söhbətlərdə liderlərin mümkün görüşü barədə siqnallar səslənməyə başlayıb.
Tribunainfo.az-ın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 24-də media nümayəndələri ilə görüşü zamanı bildirib.
V.Zelenski vurğulayıb ki, ukraynalılara müharibənin sona çatması lazımdır və onun fikrincə, bu, liderlərin görüşü ilə başlayır.
“Onlarla başqa cür alınmayacaq. Belə bir görüşün gündəliyi lazımdır. Məsələ ondadır ki, biz bu məsələni həmişə açıq şəkildə qaldırırıq. Onlar indi bizimlə söhbətdə bu barədə danışmağa başlayıblar. Bu artıq hansısa görüş formatına doğru hərəkətdir”, – o izah edib.
Ukrayna Prezidenti qeyd edib ki, onun fikrincə, Rusiya ərazisində bəzi addımlarla, bəzi əməliyyatlarla çox şeyə nail olunub.
“Danışıqlar prosesləri, dialoq, diplomatiyadan başqa çox şey onların ərazisində baş verib. Siz bunu görmüsünüz”, – o əlavə edib.