Zelenski: Putin bunu Trampa deməkdən qorxur

Zelenski: Putin bunu Trampa deməkdən qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin atəşkəs təklifi ilə bağlı bəyanatlarını dəyərləndirib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, “Putin atəşkəsi rədd etməyə hazırlaşır. O, Trampa müharibəni davam etdirmək istədiyini söyləməyə qorxur”, – Zelenski bildirib.

Putinin atəşkəsi rədd etməyə hazırlaşdığını iddia edən Zelenski Rusiya liderinin ideyasının ABŞ prezidenti tərəfindən dəstəkləndiyini bildirib.

“Bu gün eşitdiklərimiz tamamilə proqnozlaşdırıla bilən idi. Ruslara müharibə lazımdır. Putin illərlə sülhü bizdən oğurladı. Biz ona təzyiq etməliyik. Biz sülh üçün heç bir şərt irəli sürmürük, amma Rusiya davam edir. Putin Trampa müharibəni davam etdirmək və ukraynalıları öldürmək istədiyini söyləməkdən qorxur”, – Zelenski bildirib.

Dəniz