Zelenski ölkəni tərk edən oliqarxlara 24 saat vaxt verdi: “Vətənə qayıdın”

Zelenski ölkəni tərk edən oliqarxlara 24 saat vaxt verdi: “Vətənə qayıdın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ən zəngin ukraynalı iş adamı Rinat Axmetov fevralın 16-da Donbasla həmsərhəd olan Mariupola yola düşəcək. Bundan əvvəl o, bir neçə başqa oliqarxla birlikdə Ukraynanı qaçılmaz işğalla bağlı xəbərlər fonunda tərk etmişdi.
Qaynarinfo xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna”nın məlumatında deyilir.
“Ukrayinska Pravda”nın qeyd etdiyi kimi, Axmetov Sürixə uçub. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən iş adamlarından “müəssisələrinə, onlara və dövlətə işləyən on minlərlə insanın yanına qayıtmağı” tələb edib. Əks halda ölkədən gedən iri iş adamları öz hökmünə imza atacaqlar.
Zelenski həmçinin xaricə gedən Ali Rada deputatlarını 24 saat ərzində vətənlərinə qayıtmağa çağırıb.
Bu arada Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Qərbin və ya ABŞ-ın Ukraynada təxribat təşkil edə biləcəyini deyib. Beləliklə, o, Amerikanın Rusiyanın işğal qorxusunu artırmaqda mümkün məqsədləri ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden videokonfransda fevralın 16-da Rusiyanın Ukraynanı işğal edəcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamanı təkzib edib.