Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı apardığı müharibənin gedişatını dəyərləndirdiyi videomüraciətdə “Rusiya təcavüzünün döyüş meydanında iflasa uğradığını” müdafiə edərək, müharibənin yavaş-yavaş Rusiya ərazisinə qayıtdığını və bunun qaçılmaz bir proses olduğunu bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında video açıqlamasında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin gedişatını dəyərləndirib.
Zelenski əlavə edib ki, müharibə yavaş-yavaş Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır və bu, qaçılmaz, təbii və ədalətli prosesdir.