ZELENSKİ MÜDAFİƏ NAZİRİNİ İŞDƏN ÇIXARDI, YERİNƏ TÜRKDİLLİ TƏYİN ETDİ

ZELENSKİ MÜDAFİƏ NAZİRİNİ İŞDƏN ÇIXARDI, YERİNƏ TÜRKDİLLİ TƏYİN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri Aleksi Reznikovu vəzifəsindən azad edib və yerinə Krım tatar türkü Rustem Umerovu təyin edib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ukrayna Özəlləşdirmə Fondunu idarə edən Umerov həm də Krım türküdür. Türkcə bilən Umerov Ukrayna parlamentində Türkiyə Dostluq Qrupunun sədri olub. O, həmçinin taxıl dəhlizi sazişi üzrə danışıqlarda iştirak edib.

Təyinatın yaxın günlərdə Palatada səsə qoyulacağı gözlənilir. Dəyişiklik Ukraynanın 2014-cü ildə ilhaq etdiyi Krıma hücumları artırması ilə baş verib.

Qeyd edək ki, işdən çıxarılan Reznikov müharibənin başlaması ilə ölkəyə milyardlarla dollarlıq xarici hərbi yardım gətirməyə çalışmışdı. Zaman-zaman korrupsiya qalmaqalları ilə gündəmə gələn Ukrayna ordusunda bir müddətdir ki, nazir dəyişikliyi gözlənilirdi.

KYIV, UKRAINE – MAY 9: Member of Ukraine’s parliament Crimean Tatar, Rustem Umerov, who is in the delegation for talks with Russia formed by the Ukrainian President Volodymyr Zelenskyy speaks during an exclusive interview in Kyiv, Ukraine on May 9, 2022. Dogukan Keskinkilic / Anadolu Agency (Photo by Dogukan Keskinkilic / ANADOLU AGENCY / Anadolu Agency via AFP)