Rusiya bu gün Ukraynaya 430 dron və ballistik və aeroballistik də daxil olmaqla, təxminən 18 raketlə zərbələr endirib.
Tribuna xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Zərbələr nəticəsində 4 nəfər həlak olub. Kiyevdəki Azərbaycan səfirliyinin binası “İsgəndər” raketinin qalıqları nəticəsində zərər görüb. Kiyevdə onlarla çoxmərtəbəli binaya ziyan dəyib”, – Zelenski bildirib.










