ABŞ-nin təsdiq etdiyi hərbi paket çərçivəsində yardım artıq Ukraynaya gəlməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski konkret nəyin gəldiyini açıqlamayıb.
O, təhlükəsizlik sazişlərinin imzalanmasının vacibliyindən də danışıb və əlavə edib ki, təhlükəsizliyi təmin edən sənədlər həqiqətən onlara çox kömək edir.