Zelenski : “Hər şey Trampın qərarından asılıdır”

Zelenski : “Hər şey Trampın qərarından asılıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun mənzilli silah sistemlərinin Ukraynaya verilməsi ABŞ prezidenti Donald Trampın qərarından asılıdır.

Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Keçən dəfə həqiqətən məhsuldar və çox səmərəli dialoqumuz oldu. Uzun mənzilli silah sistemlərini müzakirə etdik. Nəticələrə baxacağıq, hər şey onun qərarından asılı olacaq. Bu, vacibdir”, – Zelenski qeyd edib.