Zelenski etiraf etdi: “Bu şəxslər…”backend

Zelenski etiraf etdi: “Bu şəxslər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, eləcə də digər yüksək rütbəli məmurları dəyişdirmək barədə düşündüyünü açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna rəhbəri İtaliyanın Rai1 telekanalına müsahibəsində bildirib.

Zelenskidən Zalujnının mümkün istefası ilə bağlı şərh verməsi istənilib.
“Biz bu barədə danışarkən mən ordu kimi bir sektorun deyil, bütün hökumət başçılarının rotasiyasını nəzərdə tuturam. Mən bu əvəzləmə (Zaluzninin) haqqında düşünürəm, amma demək olmaz ki, söhbət bir nəfərin dəyişdirilməsindən gedir. Qalib gəlmək istəyiriksə, qələbəyə əmin olaraq hamını eyni istiqamətə itələməliyik, ümidsizliyə qapılmaq, təslim olmaq olmaz. Ona görə də mən yenidən yükləmədən, əvəzetmədən danışıram. Fikrimdə ciddi bir şey var, söhbət bir nəfəri deyil, ölkə rəhbərliyini hədəfə almaqdan gedir”, – deyə Ukrayna rəhbəri bildirib.

Zelenskinin sözlərinə görə, “söhbət Ukraynanı kimin idarə etməli olduğu xalqdan gedir. Əlbəttə, bizim yenidən başlamağa, yeni başlanğıca ehtiyacımız var”

Dəniz Pənahova