Zelenski Ərdoğanla görüşmək üçün Türkiyəyə getdi

Zelenski Ərdoğanla görüşmək üçün Türkiyəyə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedib.

İki ölkə başçısının görüşü sabah, fevralın 18-də Türkiyə prezidentinin iqamətgahında baş tutacaq.

Danışıqlar zamanı Türkiyə ilə Ukrayna arasında tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılması lazım olan addımlar müzakirə olunacaq.

Səfər zamanı Ukraynadakı son hadisələr, digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.