Zelenski çıxışı zamanı kostyum geyinmədiyinə görə zarafatla üzr istəyib-VİDEO

Zelenski çıxışı zamanı kostyum geyinmədiyinə görə zarafatla üzr istəyib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki,Ukrayna prezidenti Vladimir Zelenski “Şevçenko” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı kostyum geyinmədiyinə görə üzr istəyib.

“ Ukraynanı yaşadanların hamısına  təşəkkür edirəm. “Bağışlayın, mən kostyumda deyiləm”, – Zelenski deyib. Qısa fasilədən sonra zalda alqışlar səslənib.

Fevralın 28-də Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdə amerikalı jurnalistlər Ukrayna liderini geyiminə görə  tənqid ediblər . Jurnalistlərdən biri adətən ictimai qarşısına gündəlik geyimdə çıxan Zelenskidən kostyumunun olub-olmadığını soruşub.

Ukrayna lideri cavab verib ki, kostyumları var, ancaq müharibə bitəndən sonra geyinəcək.