Zelenski bütün hərbi komissarların qovulduğunu açıqladı: Onları kim əvəz edəcək?

Zelenski bütün hərbi komissarların qovulduğunu açıqladı: Onları kim əvəz edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada bütün regional hərbi komissarlar işdən qovulacaq. Onların yerinə döyüş yolu keçmiş və ya səngərdə ola bilməyən hərbçilər gələcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski çıxışında bildirib.

Ukrayna prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirib, burada hüquq-mühafizə orqanlarının hesabatları dinlənilib.
“Ümumilikdə, “hərbi komissarlıqlar”ın vəzifəli şəxsləri barəsində artıq 112 cinayət işi var. 33 şübhə. Regional “hərbi komissarlar”, şəhər, rayon. VLK əməkdaşları. Digər vəzifəli şəxslər. Müxtəlif regionlarda: Donetsk, Poltava, Vinnitsa, Odessa, Kiyev, Lvovda sui-istifadə halları. Kimsə nağd alıb, kimsə kriptovalyutada – fərq yalnız bundadır. Sinizm hər yerdə eynidir”, – Zelenski bildirib.
Onun sözlərinə görə, iclasın yekununda bütün vilayət hərbi komissarlarının vəzifədən azad edilməsi qərara alınıb. Prezidentin sözlərinə görə, hərbi komissarlıqlara döyüş yolu keçmiş və ya sağlamlığını itirdiyinə, əzalarını itirdiyinə görə səngərdə ola bilməyən, lakin ləyaqətini qoruyub saxlayan, sinizmi olmayan hərbçilər rəhbərlik etməlidir.
“Bu komplektləşdirmə sistemini onlara etibar etmək olar. Baş Komandan Zalujnı bu qərarı icra etməlidir. Ərazi koplektləşdirmə mərkəzlərinə yeni rəhbərlərin təyinatından əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yoxlama olacaq. Hər bir “hərbi komissar” kimə qarşı cinayət işi açılıbsa məsuliyyətə cəlb olunacaq. Ədalətli məsuliyyətə. Tam şəkildə”, – Ukrayna prezidenti deyib.
O, həmçinin qeyd edib ki, poqonları olan, lakin barələrində cinayət və ya qanun pozuntusu faktı aşkar edilməyən hərbi komissar və vəzifəli şəxslər rütbələrini saxlamaq və ləyaqətlərini sübut etmək istəyirlərsə, cəbhəyə getməlidirlər.
“Vurğulayıram: ordu cinayət cəzasını əvəz etmir və heç vaxt əvəz olmayacaq. Poqonları ilə xeyirlərini qarışdıran məmurlar, şübhəsiz ki, mühakimə olunacaqlar”, – o yekunlaşdırıb.