ABŞ prezidenti Co Bayden Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edib. Bayden Ukraynaya 325 milyon dollar əlavə hərbi yardım edəcəklərini açıqlayıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Bayden və Zelenski jurnalistlərə qısa açıqlamalar veriblər. Bayden bildirib ki, ölkəsi Ukraynaya ərazisini Rusiyadan müdafiə etməkdə kömək etməsə, heç bir ölkə təhlükəsiz olmayacaq. Zelenski Baydenə və ABŞ Konqresinə səmimi və konstruktiv dialoqa görə təşəkkür edib.
Daha sonra ikili heyətlərarası və ikitərəfli görüşlər keçirib, təmasların məzmunu ilə bağlı açıqlamalar veriblər. Ukraynaya dəstəyini təkrarlayan Bayden ölkəsinin müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynaya humanitar yardımla yanaşı, hərbi dəstəyi də davam etdirəcəyini vurğulayıb. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli və qalıcı sülhü dəstəklədiklərini ifadə edən Bayden, Moskvanın müharibəni bitirə biləcəyini, lakin yenə də sülhün qarşısını aldığını bildirib