Zelenski Baydenə təqdim edəcəyi “qələbə planı”na bunları daxil edibbackend

Zelenski Baydenə təqdim edəcəyi “qələbə planı”na bunları daxil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ lideri Co Baydenə təqdim edəcəyi “qələbə planı” Ukrayna ordusunun Kursk vilayətində əməliyyatını davam etdirməyi və Qərbdən “xüsusi” müasir silahlar almağı nəzərdə tutur.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” yazır.

Həmçinin, nəşrə görə, plana Qərb ölkələrindən Ukrayna üçün “NATO-ya daxil olarkən qarşılıqlı müdafiə paktına bənzər” təhlükəsizlik zəmanətləri və müharibədən əziyyət çəkən Ukrayna iqtisadiyyatına beynəlxalq maliyyə yardımı daxildir.

ABŞ-a gəlməzdən əvvəl Ukrayna prezidenti vurğulayıb ki, onun “qələbə planı”nın Vaşinqton və digər Qərb müttəfiqlərinin sürətli dəstəyinə ehtiyacı var ki, Ukrayna bu ilin sonuna qədər güclü mövqedən Rusiya ilə danışıqlara başlaya bilsin.

“Bir halda ki, Ukraynanın qalib gəlməsini istəyən bütün məmurlar vəzifələrdədirlər, gəlin bütün bunları bu gün edək”, – Zelenski deyib. “The Times”ın qeyd etdiyi kimi, Ukrayna prezidenti Trampın Rusiyaya ərazi güzəştləri yolu ilə müharibəyə son qoymaq təklifindən sonra Amerikanın Ukraynaya dəstəyini Trampdan “qorumaq” istəyir.

Bundan əvvəl Zelenski Kiyevin “qələbə planı”nın beş bənddən ibarət olduğunu bildirib. “Dördü bizə lazım olanlardır, biri isə müharibədən sonraya aiddir”, – deyə o, NBC News-a müsahibəsində bildirib. O əlavə edib ki, bu plan yalnız Kiyevin Qərb müttəfiqlərinin köməyi ilə həyata keçirilə bilər.

Baydendən başqa, Zelenski öz planını ABŞ prezidentliyinə namizədlərə – vitse-prezident, demokrat Kamala Harris və respublikaçı Trampa təqdim edəcək.

Qərb diplomatlarından biri “The Times” qəzetinə qeyd edib ki, ABŞ-da prezident seçkiləri təkcə Ukrayna üçün deyil, həm də Rusiya prezidenti Vladimir Putin üçün böyük əhəmiyyət kəsb edəcək. “Əgər ruslar Vaşinqtonda Ukraynanı dəstəkləməyə davam etmək niyyətində olan hökumətin olduğu qənaətinə gəlsələr, bu, onların mümkün danışıqlara münasibətini mütləq dəyişəcək. Amma əgər onlar hiss etsələr ki, bu, onlara asan çıxış yolu təklif edən Donald Trampdır, bu, hər şeyin sonu olacaq”, – mənbə bildirib.

Digər diplomatın fikrincə, qısa və ortamüddətli perspektivdə Ukrayna Rusiya ordusunu öz ərazisindən çıxara bilməyəcək, lakin hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması “fəlakətli nəticə olacaq”. “Bu, qətiyyən danışıqlar üçün əsas ola bilməz” deyə mənbə vurğulayıb. Eyni zamanda, o, istənilən danışıqların “Ukrayna üçün həddindən artıq çətin və ağrılı olacağını” qeyd edib.