Ukrayna Respublikasının prezidenti Volodimir Zelenski azərbaycanlı döyüşçünü təltif edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı hazırda Ukraynada döyüşən, Ukrayana ordusunun kapitanı Elşad Aslanovun atası Gülağa Aslanlı paylaşıb.
“Əvvəllər Mücrümüz Diplomlarla dolardı, indi isə oğlumuz, Ukrayna ordusunun kapitanı Elşad Aslanovun qazandığı medal və Tərifnamələrlə. Başın həmişə ucalarda olsun, başımızı ucaltdın, oğul. Qələbənin yaxında olduğuna inanırıq. Sənə sarılmaq üçün əllərimiz göylərdədir. Hər gün dua edirik ki, tezliklə bu əllər sənə sarılsın. Slava Ukraine! Qəhrəmanlara eşq olsun!” deyə, G.Aslanlı qeyd edib.
Qeyd edək ki, təltif olunan Elşad Aslanov Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğludur.