Zəif nəticə göstərən müəllimlərin məzun olduğu universitetlər açıqlandı

Zəif nəticə göstərən müəllimlərin məzun olduğu universitetlər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Riyaziyyat fənnindən sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Beynəlxalq Universitetin məzunlarıdır.
Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu universitetlərin çoxu hazırda ya fəaliyyət göstərmir, ya da müəllim hazırlamırlar:
“Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Kirovabad Dövlət Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı daxildir”.