İnsanların immun sistemi fərlənir, bəzi insanlarda təbii immunitet yaxşı inkişaf edir, digərlərində zəif.
Həkim Tatyaba Zaxarova zəif immun sisteminin bir səbəbi orqanizmin ehtiyatlarının tükənməsidir.
Məsələn, əgər siz gün ərzində yorğunluq, halsızlıq, yuxululuq hiss edirsizsə, deməli, immun sistem zəifdir.
İl ərzində bir neçə dəfə virus, bakeriya, göbələklərə yoluxursuzsa, immun sistem yüksək səviyyədə işləmir.
Allergiyaya çox məruz qalma – müxtəlif allergiyalar immunitetin allergenlə mübarizə edə bilmədiyini göstərir.
Bədəndə yara, kəsiklərin gec sağalması – dəri immuniteti düşüb, qan hüceyrələri aktiv deyil.
Ağızda iltihab, diareya, ishal, bağırsaq infeksiyaları isə immundefisitin göstəricisidir.
Problemin səbəbi də müxtəlifdir: fiziki aktivlik olmaması, stress, pis qidalanma, yuxusuzluq, müxtəlif güclü infeksiyalar, şəkərli diabet, bağırsaq mikroflorasının pozulması, intoksikasiya, autoimmun xəstəliklər immuniteti zəiflədir.