Ermənilərin ötən gün mülki şəxsləri atəşə tutması nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adı verilə bilər. Ermənilərin ötən gün mülki şəxsləri atəşə tutması nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adı verilə bilər.
Bu barədə millət vəkili Fəzail Mustafa bildirib. Onun sözlərinə görə cəbhə bölgəsində dünyasını dəyişən hər bir şəxs şəhid adı verilə bilər.
“Müharibə şəraitində düşmənin müəyyən təxribatı nəticəsində dünyasını dəyişən insanlar şəhid adını qazanırlar. Ona görə də, Zəhraya şəhid adının verilməsində heç bir problem olmamalıdır”, – deyə Fazil Mustafa bildirib.
Millət vəkili Zəhraya şəhid statusunun verilməsi üçün Füzuli rayonun İcra Hakimiyyətinin məsələ qaldırmalı olduğunu deyir.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, hüquqi baxımından aidiyyatı qurumlar bu işlə məşğul olmalıdırlar. “Sözün əsl mənasında əlbəttə Zəhra şəhiddir amma hüquqi baxımından bilmirəm körpə uşağa şəhid adı verilirmi”.
Qeyd edək ki, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.