Zəhraya görə BMT-nin önündə aksiya keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Azərbaycan Tələbə Birliyi (TATB) erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücumu nəticəsində dinc sakinlərin öldürülməsinə etiraz olaraq, BMT-nin Türkiyədəki ofisinin önündə aksiya keçirəcək. 

TİA.AZ xəbər verir ki, bu barədə TATB-nin mətbuat katibi Söhrab İsmayıl məlumat yayıb.

Onun sözlərinə görə, mitinqin günü və saatı haqda əlavə məlumat veriləcək.

“TATB olaraq, düşmən tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhramız üçün BMT-nin Türkiyə nümayəndəliyi qarşısında mitinq keçirmək qərarı aldıq. Bütün soydaşlarımızı bu mitinqdə fəal iştiraka dəvət edirik. Səfirliyimizin dəstəyi ilə valilikdən icazə alındıqdan sonra mitinqin günü və saatı ilə bağlı ətraflı məlumat veriləcək”, – deyə S.İsmayıl vurğulayıb.

Qeyd edək ki, dünən axşam saatlarında erməni hərbi birləşmələrinin hücumu nəticəsində Alxanlı kəndinin sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.