Zəhranın fotoları ilə etiraz – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Azadlıq Təşkilatının üzvləri bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə aksiya keçiriblər. 

Qarabağ Azadlıq Təşkilatının üzvləri bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə aksiya keçiriblər.


TİA.AZ-ın verdiyi xəbərə görə, bir qrup QAT üzvü Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səyahət edərək dövlət sərhədini pozmaqda və ərazi bütövlüyünün parçalanmasına çağırış etməkdə təqsirləndirilən Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilən zaman etiraz şüarları səsləndiriblər.

Onlar əllərində erməni silahlı qüvvələri tərəfindən öldürülən mülki vətəndaş, 2 yaşlı Zəhranın fotolarını tutublar.

Təşkilat üzvləri “Ermənilərə ölüm”, “Ermənilər torpaqlarımızdan rədd olsun” şüarları səsləndiriblər və bildiriblər ki, A.Lapşin Zəhranın qatili olan erməniləri dəstəkləyir.