Ermənistan silahlı qüvvəllərinin bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.

TİA.AZ xəbər verir ki, Modern.az-ın məlumatına görə, bir neçə gündən sonra – avqustun 13-də azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək. Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, mərasimdə rəmi şəxslərin də iştirakı gözlənilir.
Bu arada azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşı da hazırlanıb. Onların məzarüstü abidəsinin 40 mərasiminədək qoyulacağı bildirilir.