Yerli məşhurlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülən körpə Zəhraya ithaf etdiyi şeiri səsləndirib.
Yerli məşhurlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülən körpə Zəhraya ithaf etdiyi şeiri səsləndirib.
TİA.AZ xəbər verir ki, “Zəhra üçün dua et” adlanan qısametrajlı filmi rejissoru Samir Abbasov çəkib. Layihənin rəhbəri isə Sadiq Qurbanzadədir.
Qısametrajlı filmdə xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Cabir İmanov, Vəfa Zeynalova, aktyorlar Elnur Kərimov, Fərda Xudaverdiyev, idmançılardan İlham Zəkiyev, Eduard Məmmədov, müğənnilərdən Ədalət Şükürov, Samira Allahverdi, rəqqasə Oksana Rəsulova və fotoqraf Orxan Aslanov çəkilib.