Zəhra övladlarının gözü qarşısında öldürülübmüş… – Video

Zəhra övladlarının gözü qarşısında öldürülübmüş… – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Şəkidə 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

 Tribunainfo.az xəbər verir ki, hadisə ilə bağlı mərhumun qardaşı Rəşad Balaməmmədov Baku TV-yə danışıb.

“Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm, bacım yerdə uzanıb. O, artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 ay idi ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb”, – deyə o bildirib.

Qeyd edək ki, hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Onların 3 və 13 yaşlı iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə: