Zəhər içən general öldü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda məhkəməsi keçirilən xorvat general Slobodan Pralyak hökmün elan olunmasından dərhal sonra zəhər içərək intihar edib.


 

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda məhkəməsi keçirilən xorvat general Slobodan Pralyak hökmün elan olunmasından dərhal sonra zəhər içərək intihar edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat Pralyakın səhhəti haqqında hələlik heç bir məlumatın verilmədiyini bildirib.

Qeyd edək ki, bu gün Haaqa tribunalında Pralyakın şikayəti əsasında yenidən məhkəmə prosesi keçirilib. Məhkəmə 2013-cü ildə Pralyak haqqında qəbul etdiyi qərarı dəyişməyib və onu 20 il həbs cəzasına məhkum edib.

***

Məhkəmə qərarı elan olunan zaman buna etiraz olaraq zəhər içən general Slobodan Pralyakın öldüyü bildirilib.