“ZƏFƏR” MUSİQİ VƏ TEATR FESTİVALI KEÇİRİLDİ-FOTO,VİDEObackend

“ZƏFƏR” MUSİQİ VƏ TEATR FESTİVALI KEÇİRİLDİ-FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilib.

Tribunainfo.az xəbər verir ki, Festivalda Aybəniz Haşımova və “Sənət Akademiyası”nın gənc istedadları Biləsuvar rayonu ərazisində, Cəbrayıl rayonundan olan köçkünlər üçün salınmış 4 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon Çərəkən kənd klubunda konsert proqramı ilə çıxış ediblər,

“Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edib.

Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərinin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvəti planlaşdırılır.

Qeyd edək ki, tədbirlərdə Milana Nəbiyeva, Həsən Əliyev, Müzəffər Fərzəliyev, Hikmət Qasımov, Əhməd Məmmədov, Rişad Heydərov, Xədicə Rəşidli, Arzu Əliyeva, Nərmin Nərimanlı, Miryasin Əliyev,İnci Mənsimzadə, Hüseyn Mənsimov, İsmayılzadə Solmaz,Nihad Yusifzadə Nəsirli David Fərhad oglu, Nəsirli Denis, Nəsirli Daniel, Emin Nəsibli, Hüseynov Raul, Həsənzadə İbrahim, Həsənzadə İsmayıl, Əzizov İlkin,Həsən Həsimov, Hüseyn Həşimov, İsa Həşimov iştirak edib.